Şənbə , May 21 2022
Ana səhifə / Bölgələr / Adına şirkətlər, 100 min manat borc var, amma özünün xəbəri yoxdur – VİDEO

Adına şirkətlər, 100 min manat borc var, amma özünün xəbəri yoxdur – VİDEO

Şabran rayon sakini tanışı tərəfindən aldadılıb. O, tanışına etibarnamə verəndən sonra adına şirkətlər açıldığını iddia edir. Bildirir ki, hazırda onun adına 100 min manatdan çox vergi borcu gəlib.

Hərbi xidmətdə bir yerdə olduğu tanışı onu aldatdı. Hadisə Şabran sakininin başına gəlib.

Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4 ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edir. Elvin bildirir ki, kredit almaq üçün Allahverən Musayevdən kömək istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq və onun adına VÖEN açdırıb.

Sonradan məlum olub ki, təxminən 2 il əvvəl  Allahverən Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib. Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı Allahverənlə heç cür əlaqə qura bilməyib.

Məsələ ilə bağlı Allahverdi Musayevlə əlaqə saxlasaq da həqiqətən də telefonlarına zəng çatmadı. DİN-nin Regional Qrupun rəhbəri Xəyal Talıbov isə Xəzər Xəbərə bildirdi ki,  Elvin Rəsulov  bu məsələ ilə bağlı polis şöbəsinə rəsmi müraciət etməyib. Əgər müraciət olunarsa bundan sonra araşdırmalara başlanacaq.

https://www.youtube.com/watch?v=ArEjp1pvDtk

Həmçinin oxuyun

Bölgələrdə internet limiti nə vaxt aradan qalxacaq? – VİDEO

“2024-cü ildə bütün ölkə fiber-optik internetlə təmin olunacaq”. Bunu “Xəzər TV”də yayımlanan “Xəbər ertəsi” proqramında …