Cümə , Oktyabr 30 2020
Ana səhifə / Bölgələr / 9 nəfərin koronavirusa yoluxduğu kənd nəzarətə götürülüb?

9 nəfərin koronavirusa yoluxduğu kənd nəzarətə götürülüb?

İsmayıllı rayonunun Quşencə kəndinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qurulmayıb.

Bu barədə Azvision.az -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.

“Sadəcə koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərlə profilaktik söhbətlər aparılıb, sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi, həmçinin tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb”, – deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, İsmayıllı rayonunun Quşencə kəndinə 9 nəfər koronavirusa yoluxub.

Həmçinin oxuyun

Ermənilər Goranboya raket atdı, ölən var

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bu barədə …