Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Bölgələr / 60 ailənin su problemi həll olundu – VİDEO

60 ailənin su problemi həll olundu – VİDEO

Şamaxıda 60 ailənin yaşadığı binanın sakinləri içməli suya həsrət qalıb. İsti yay günlərində sakinlər içməli suyun yoxluğundan şikayətlənir.

Şəhərin Məhəmməd Hadi küçəsi 21 ünvanında yaşayan bina sakinləri su qıtlığından əziyyət çəkir. Şəhərin su və kanlizasiya sistemi yenilənən zaman bu binaya da yeni xətt çəkilib. Bütün evlərə sayğaclar da qoyulub. Yeni su xətti çəkilsə də, yay aylarında su tapmaq müşkül məsələyə çevrilib. Bina sakinlərinin sözlərinə görə, artıq səkkiz gündür ki, binanın 3, 4 və 5-ci mərtəbələrinə su gəlmir. Digər mərtəbələrdə isə 2-3 gündür, su problemi yaşanır.

Sakinlər suya olan təlabatı ödəmək üçün binanın həyətlərinə su çənləri qoyublar. Buradan hətta beşinci mərtəbəyə kustar üsulla boru çəkənlər də var. Amma hava isti keçdiyindən həmin su çənləri də boş qalıb. Bu səbəbdən sakinlər heç yerdən su əldə edə bilmirlər.

Məsələ ilə bağlı sakinlər “Azərsu” ASC-nin yerli nümayəndəliyinə dəfələrlə müraciət etdiklərini deyirlər. İdarədən bildirilib ki, sözügedən binanın bir neçə mərtəbəsinə suyun gəlməməsi suyun verilişi zamanı təzyiqin aşağı olması ilə əlaqədardır.

Qeyd edək ki, çəkiliş qrupumuz ərazini tərk etdikdən qısa müddət sonra “Azərsu” ASC-nin 2 nömrəli Regional Sukanal İdarəsinin Şamaxı Sukanal Sahəsinin texniki işçi biriqadası əraziyə cəlb olunub. Bir neçə saat ərzində aparılan təmir-bərpa işlərindən sonra bina sakinlərinin su problemi həll olunub. Binanın bütün mərtəbələrinə yüksək təzyiqli su verilib. 

Həmçinin oxuyun

Ermənilər Goranboya raket atdı, ölən var

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Bu barədə …