Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Bölgələr / 28 ildən sonra Şuşada Azərbaycan radiosu səsləndi – Video

28 ildən sonra Şuşada Azərbaycan radiosu səsləndi – Video

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub.

Bu barədə “ASAN Xidmət” məlumat yayıb.

Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

Operativ məlumat dalğası – “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar. 

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.  

Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il “ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.

Həmçinin oxuyun

ANAMA və DİN-dən əhaliyə təhlükə XƏBƏRDARLIĞI – VİDEO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi (DİN) bir …