Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Bölgələr / 230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB

230 hektar torpağı əlindən alınmış kənd –YENİ ZUVAND CAMAATI CARƏSİZ QALIB


Masallı nə hikmətdirsə, idarəçilər tərəfindən bəxti gətirməyən rayon olub. Elə bu səbəbdəndir ki, uzun illərdən bəri nə problemləri həll olunur, nə də problemlərinin həlli üçün tutarlı addım atılır. Rayonun bir çox kəndlərinin əsaslı problemlərinin olmasın rəğmən, tədbirlərin görülməməsi sakinlərin də bezməsinə gətirib çıxarıb. Bu rayonda susuz qalmış kənddən tutmuş, torpaqsız qalmış kənd sakinlərinə qədər hər kateqoriyadan yaşayış məntəqələri görmək mümkündür. JAMAZ.İNFO xəbər verir ki, onlardan biri də Yeni Zuvand kəndidir.


48 yaşlı kəndin bitməyən dərdi


Yeni Zuvand kəndi 1972-ci ildə qurulub. Yaşi cavan olsa da, üzləşdiyi problemlərini müasir tarix qaldıra bilmir. Həmin dövrdə yaradılan Səməd Vurğun adına sovxozun heyvandarlıq sektorunu da məhz bu kəndin sakinlərinin mal-qarası hesabına qurulub. Belə ki, camaata məxsus 1000 baş qoyun və 1000 baş inək onlardan alınaraq, sovxozun fermasına qatılır. O gündən bəri heyvandarlıqla məşğul olan zuvandlılar hələ də heyvanlarının sayını 1000-ə çatdıra bilməyiblər. Və yəqin ki, bundan sonra da çatdıra bilməyəcəklər.

Pproblemlərinə gəldikdə isə onların sayı o qədər çoxdur ki, sadalamaqla bitməz. Onların bir qismini qeyd edəcəyik ki, bəlkə ilgili qurumlar insafa gəlib, əhalinin dərdinə dərman oldular. Hərçənd buna inanmağımız gəlmir.

230 hektar torpaq kənd camaatından niyə alındı?


Adətən, kəndli öz çörəyini torpaqdan çıxarır. Bəs, torpaq yoxdursa, zavallı kəndli nə etməlidir? Yeni Zuvand camaatı 1996-cı ildən bəri onlara verilmiş 230 hektar torpaqdan məhrum edilib.

Kənd sakini Çingiz Cabbarlı bununla bağlı JAMAZ.İNFO-ya deyib: “Ərazi icra nümayəndəmiz olmuş Fərəməz Ağayevin üzünü görməsəm də, kəndimizdə onu hamı rəhmətlə anır. Allah rəhmət eləsin o kişiyə. Onun dünyasını dəyişməsi ilə Yeni Zuvanda “Səlib yürüşü” başladı”.

Sözügedən şəxs deyir ki, 1996-cı ildə keçirilən torpaq islahatı zamanı kəndin 60 hektar ərzisinin əlindən çıxmasına səbəb oldu. “Bir qrup dələduzun qurbanı olduq. Hazırda da vəzifədə təmsil olunurlar həmin adamlar. Onların sayəsində 60 hektar torpaq sahəsi kənddən alındı”.

Amma Cabbarov bildirir ki, məsələ bununla bitməyib. “Yeni Zuvand camaatı bunun üzüntüsünü yaşamağa imkan tapmamış, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22 may 1999-cu ildə 170 hektar kənd torpaqlarını əlimizdən alıb, meşə sahələrinin salınması məqsədi ilə Meşə Fonduna birləşdirdilər. Və bunun onunla əsalandırdılar ki, Azərbaycan dünyada ən az meşə örtüyünə malik olduğu üçün torpaqları bizim əlimizdən alırlar”.

İsti ocağını Rusiya soyuğuna dəyişənlər


Kənddə işsizliyin yüğyan etməsi, digər tərəfdən də heyvandarlıq və əkinçiliklə məşğul olmaq üçün imkanın olmaması Yeni Zuvand insanlarını cəlayi-Vətən edib. Öz isti ocağını Rusiyanın şaxtasına dəyişən sakinlər, ailələrini dolandırmaq üçün min bir əziyyətə qatlaşırlar. Bəzən uğur qazanır, bəzən də uğursuzluğa düçar olurlar ki, bu da çox vaxt uzun sürmür.

Zuvandlılar illərdir kasıbçılıqlarını edirlər. Əllərində olan-qalanları ilə ya övlad evləndirir, ya da ev problemlərini çözürlər. Payızda kəndə dönüb, Novruz Bayramını gözləyirlər ki, bayram plovunu yeyib, yenidən Rusiyaya üz tutsunlar.

Mavi yanacağa həsrət kənd


Yyeni Zuvand elə də ucqar kənd deyil. Ddağların ətəyindən də bir qədər uzaqdır. Ancaq nə illahdırsa, bu kəndin düz qulağının dibinə qədər təbii qaz kəməri çəkilir, amma onun Yeni Zuvanda qədər genişləndirilməsi həyata keçirilmir.

Hələ iki il əvvəl ərazi üzrə Güllütəpə, Tatyan və Obalar kəndinə qaz çəkiləndə, zuvandlılar da ümidliydilər ki, bu xoşbəxtlik onlara da nəsib olacaq. Lakin sakinlər həmin xoşbəxtlikdən düz 45 ildir məhrumdurlar və bundan sonra daha nə qədər məhrum qalacaqları da məlum deyil.

Evləri qızdırmaq üçün odundan istifadə edən kənd camaatının güzəranını təsəvvür etmək elə də çətin deyil. Bir tərəfdən də palçıq və soyuq, onların əhədini kəsir. Edilən şikayətlərə də baxan yoxdur. Dəfələrlə problemlərlə bağlı Masallı rəhbərliyinə müraciət edilsə də, kimsə onları dinləməyib. Dinləyənlər də yola veriblər.

270 metr asfalt yolla “mükafatlandırılan” camaat


Əən qəribəsi odur ki, ötən ilin aprelində dövlət başçısı Masallı-Xocavar-Bbambaşı-Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand yolunun çəkilməsi üçün 6.8 milyon manat pul ayırmışdı. İnsafən, Güllütəpə kəndi də daxil olmaqla, Yeni Zuvandın girişinə qədər asfalt döşənir.

Təkcə, Yyeni Zuvand kəndinin 270 metr yolunu asfalt edirlər ki, bunun da minnətini camaatın boynuna qoyurlar. Belə ki, yolu çəkənlərlə İcra Hakimiyyətinin rəsmiləri deyirlər ki, bəs, 270 metr asfalt yol icra başçısının Yeni Zuvand əhlinə hədiyyəsidir.

Həqiqətən də belə olanda bilmirsən, güləsən, yoxsa ağlayasan?

Yeni Zuvand əhli nə istəyir?


Bbu sualın cavabını elə həmin kəndin sakini, müsahibimiz Çingiz Cabbarov verir. O deyir ki, kənd camaatın tələbi qanuni haqqı olan və uzun müddət onun istifadəsində olmuş, lakin sonradan əlindən alınmış torpaq sahəsi ilə bağlıdır. “Camaat tələb edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlardan aldığı 170 hektar, habelə bir qrup dələduzun onlardan qopardığı 62 hektar torpaq sahələri geri qaytarılsın. Ölkə başçısının sərəncam verib, pul ayrıdığı yolun çəkilişlərini tamamlasınlar. Çünki həmin sərəncama əsasən bizim kəndin yolları da asfaltlanmalıydı. XXI əsrin 20-ci ilində 180 ev, 230 təsərrüfat və 1100 nəfər əhalisi olan kəndimiz təbii qazla təmin edilsin”.

İcra Hakimiyyəti nə vəd edir?


Yeni Zuvand camaatı kəndin problemləri ilə bağlı çoxlu sayda şikayətdə bulunsalar da, faydası olmayıb. Bakıda və rayonda döymədikləri qapı qalmayıb. Ərizələrinin ən ali instansiyalara çatdırmağa çalışıblar. Bəzilərindən cavab gəlib, bəzilərindən isə səs belə çıxmayıb.

Naəlac qalan camaat nə edəcəyini bilmir. Mmasallı rayon İcra Hakimiyyətinin yeni başçısı Şahin müəllimin qəbulunda olan zuvandlılara isə qısa və konkret deyib ki, heç nəyə ümid eləməsinlər. Çünki bu il Yeni Zuvand kəndində yalnız elektrik dirəkləri dəyişdiriləcək və tranformatorlar təmir olunacaq. Vəssəlam!

Həmçinin oxuyun

Beyləqanda bələdiyyə sədri səfərbərlikdən necə yayınıb?

Vətən torpağını qoruya bilməyən Tehran Sadıqov Bələdiyyə torpaqlarını necə qoruyacaq? Bu gün Azərbaycanda Böyük Vətən …