Cümə axşamı , Avqust 5 2021
Ana səhifə / Bölgələr / 16 yaşlı qızın ərə verilməsinin təfərrüatı… – VİDEO

16 yaşlı qızın ərə verilməsinin təfərrüatı… – VİDEO

Şəkidə 16 yaşlı qız ərə verilib. Toy videoları yayılandan sonra polis əməkdaşları araşdırmaya başlayıb və fakt təsdiqini tapıb. Bəy gəlinin əlindən tutub. Ətrafdakılar isə musiqi ilə onları yola salırlar. Kənardan hər şey normal görünür. Ancaq ərə verilən qızın cəmi 16 yaşı var.

Sosial şəbəkələrdə yayılan bu video Şəkinin Kiçik Dəhnə kəndində çəkilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü qızın 1991-ci il təvəllüdlü oğlanla  evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni nəzarətə götürüb.

Həmçinin oxuyun

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm sektorunu çökdürür – Agentlik yeni səhifə açacaqmı?

Pandemiya dövründə turizm şirkətlərinə heç bir dəstək göstərməyən Dövlət Turizm Agentliyi sanki qarışqa kimi üzü …