Cümə , Oktyabr 22 2021
Ana səhifə / Bölgələr / 16 yaşlı qız ilə nişanlanan oğlanın bacısı danışdı: “İndi toy etmirik, yaşını gözləyirik”

16 yaşlı qız ilə nişanlanan oğlanın bacısı danışdı: “İndi toy etmirik, yaşını gözləyirik”

Sosial şəbəkədə Astarada 16 yaşlı qızla 30 yaşlı oğlanın nişanlanması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirilib.  

Belə ki, bu gün saat 14:00-da gözlənilən nişan mərasimi ilə bağlı oğlan evi açıqlama verib.  Oxu.Az-ın əməkdaşına hadisə barədə məlumat verən 1991-ci il təvəllüdlü İsmayıl Yusifovun bacısı Vüsalə İbrahimova yayılan söz-söhbətlərin yalan olduğunu deyib: “Biz heç bir nişan etməmişik. Rayon yerində qızı istəyənlər çox olur. Qardaşımla Sumayyə bir-birini istəyib. Hər ikisi də öz ailələrinə məlumat verib. Mən də bacı kimi ötən ilin oktyabr-dekabr ayları ərəfəsində tort bişirib qız evinə qonaq getmişəm.   Bildirmişəm ki, biz sizin qızınızı istəyirik. Ailə də razılaşıb. Qızın “həri”sini almışıq. Qızın 16 yaşı, oğlanın 30 yaşı var. Yaşının tamam olmasını gözləyirik. Ailəsi razılaşsa, 18 yaşında toyumuzu edib, qızımızı evimizə gətirəcəyik. Bu gün nə nişan edirik, nə də toy. Elə yazırlar ki, qızı elə bil 50 yaşında kişiyə verirlər. Belə söhbətlər etmək lazım deyil. Yayılan tort şəkli isə qız evi ilə tanışlığa gedən zaman aparılan tortun şəklidir, kimsə internetdə paylaşıb”. 

V.İbrahimova bu məsələdə bilib-bilmədən danışan, yanlış məlumat yayan insanlara da səslənib: “Xahiş edirəm ki, qardaşım barədə işin nə olduğunu bilməyən insanlar fikir bildirməsin. Bu qədər söz-söhbət yaymaqdansa, əlaqə nömrəmizi tapıb, soruşmaq olardı. Bu, xoşagələn hərəkət deyil, evimizdə yaşlı insanlar var. Bu söhbətlərə görə narahat olublar”.

Həmçinin oxuyun

Azad edilmiş ərazilərdə indiyədək 48 mindən çox mina və PHS aşkarlanıb

“Azərbaycan işğaldan azad etdiyi Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən keçmişdə döşənən …