Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Bölgələr / 10-dan artıq kəndin sakinləri yolsuz qalıb – Saleh Məmmədovla bağlı Prezidentə MÜRACİƏT

10-dan artıq kəndin sakinləri yolsuz qalıb – Saleh Məmmədovla bağlı Prezidentə MÜRACİƏT

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini Prezident İlham Əliyevə və Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova müraciət edib.

Sakinlər müraciətin bir surətini də “Yeni Sabah”a göndəriblər.

Müraciətdə sakinlər Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə təşəkkür etməklə yanaşı ciddi bir problemin də həll edilməsi üçün kömək göstərməyi xahiş edirlər.

“Cənab prezident, Bakı-Astara magistralı yenidən qurulandan sonra gediş-gəliş xeyli rahatlaşıb. Buna görə Sizə təşəkkür edirik. Amma hələ də bəzi problemlər qalmaqdadır. Biz yəqin bilirik ki, Sizin bundan xəbəriniz yoxdur. Məsələ burasındadır ki, Bakıdan Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri hələ də 200 kilometrlik rahat yoldan sonra mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək məcburiyyətindədirlər.

Səbəb odur ki, magistraldan Boradigah və 10-dan artıq kəndə gedən yol tamamilə dağılıb. Əvəzində əhali alternativ yollar olan Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.

Cənab prezident, Sizin bu günlərdə Saleh Məmmədova “dağılmış yollarla bağlı mənə həmən məlumat verin, aradan qaldıraq” göstərişiniz bizi daha da ümidləndirdi. Sizdən xahiş edirik, bizim yol problemimizlə bağlı operativ göstəriş verəsiniz.”

Sakinlər eyni zamanda Saleh Məmmədovdan da bu məsələni diqqətdə saxlamağı və problemlə bağlı Prezidenti məlumatlandırmağı xahiş ediblər.

Həmçinin oxuyun

İcra başçısı: “Bizim rayonda rüşvət yoxdur”

“Ağdam rayonunda korrupsiya və rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılır. Deyə bilərəm ki, bizim rayonumuzda …