Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Bölgələr / Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb – VİDEO

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb – VİDEO

Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.

Hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.

24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev “Xəzər Xəbər”ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.

26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …