Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Bölgələr / Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir – Video

Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində ixtisas toplantısı keçirilir – Video

Vətən müharibəsində iştirak etmiş Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrinin heyətləri döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Orduda tank əleyhinə bölmələrlə keçirilən ixtisas toplantısında Vətən müharibəsində iştirak etmiş heyətlərin döyüş təcrübəsi öyrənilir və praktiki atışlar icra edilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ixtisas toplantısının birinci mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğuları üzərində praktiki atışlar keçirilib.

Şəxsi heyətin taktiki, texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplantının ikinci mərhələsində isə heyətlərin səhra bacarıqları yoxlanılıb.

Hazırda davam edən toplantılarda heyətlərin tank təhlükəli istiqamətlərdə açılma həddlərini tutması, tank əleyhinə dəzgahlı qumbaraatanlardan düzünə və yarımdüzünə tuşlama ilə yaxın və uzaq məsafələrdə hədəfləri məhv etməsi vərdişləri praktiki atışlarla təkmilləşdirilir.

Həmçinin oxuyun

Şuşada elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşdı

“Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb …