Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / Bölgələr / Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təltif olundu — VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təltif olundu — VİDEO

26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib, hərbi qulluqçular təltif edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təbrikləri şəxsi heyətə çatdırılıb.

Çıxışlar zamanı Azərbaycan Ordusunun qüdrətindən və Vətən müharibəsində qazanılan parlaq qələbədən danışılıb.

Təbriklər oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirlərin sonunda hərbi qulluqçular üçün bayram süfrələri təşkil olunub.

Həmçinin oxuyun

Goranboyda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb olunub

Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin …