Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Bölgələr / “Əkinlərimiz, bağlarımız məhv olur, əhali içməyə su tapmır…”

“Əkinlərimiz, bağlarımız məhv olur, əhali içməyə su tapmır…”

“Avqustun 2-i, səhər saatlarından etibarən Samur-Dəvəçi kanalından Xan kanalına suyun verilməsi dayandırılıb. Nəticədə, mindən artıq təsərrüfat məhv olmaq təhlükəsi ilə üzləşib, ərazidə yaşayan sakinlər isə susuz qalıb”.

Bu barədə bir qrup Qusar rayon sakininin “AzPolitika.info” saytı vasitəsi ilə Meliorasiya və Su Təsərrüfatı ASC-yə və ölkə rəhbərliyinə ünvanladıqları müraciətdə bildirilir. Sakinlərin verdiyi məlumata görə, təsərrüfatlarını Samur – Dəvəçi kanalaından Xan kanalına ayrılan kiçik kanal vasitəsi ilə suvarırlar. Eyni zamanda yerli əhali də içməli su tələbatını bu kanal vasitəsi ilə ödəyir: “Bir həftəyə yaxındır, kanala bir damcı su verilmir, əkinlər, meyv bağları yanıb məhv olur, camaat içməyə, mal-heyvanını suvarmağa su tapmır. Çıxılmaz vəziyyətdə qalmışıq, ümid edirik ki, ölkə rəhbərliyi bu özbaşınalıqdan xəbər tutsa, problemi həll edər”, – deyə müraciətdə vurğulanır.

Sakinlər bildirirlər ki, onlarda olan məlumata görə, suyu kəsib oliqarxların bağlarına və təsərrüfatlarına yönəldiblər: “Bu xəbər bizi daha da qəzəbləndirib, iki gündür əhali magistral yolu bağlamaq istəyir. Bələdiyyə, yerli icra hakimiyyəti də problemdən halidir, amma hələ ki, bir tədbir görülməyib. Narazılıq getdikcə artır, biz Meliorasiya və Su Təsərrüfatı ASC-dən və ölkə rəhbərliyindən xahiş edirik ki, problemi nəzarətə götürsünlər. Əks halda, əkinlərimiz, bağlarımız yanıb məhv olacaq. Yerli məmurların vətəndaşları dövlətdən narazı salan bu əməlləri barədə ölçü götürülməlidir”

Həmçinin oxuyun

Narazı qazi ilə bağlı nazirlikdən AÇIQLAMA

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək …