Ana səhifə / Bölgələr / Vasif Talıbov qışla bağlı tapşırıqlar verdi

Vasif Talıbov qışla bağlı tapşırıqlar verdi

Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

 NMR-nın Ali Məclisinin Sədri Vasif Talıbov qışa hazırlıqla bağlı tapşırıqlar verib. 

“Muxtar respublikada həyata keçirilən bu tədbirlər artıq neçə illərdir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan verir. Lakin buna baxmayaraq, hər il qış aylarında qarşıya çıxan problemlərin aradan qaldırılması üçün hazırlıq işlərinin görülməsi, lazımi mal-material ehtiyatının yaradılması diqqətdə saxlanılır. Bu il də payız-qış mövsümünə hazırlıq məsələlərinə diqqət artırılmalı, aid qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.

Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlər vaxtında müəyyən edilərək dəyişdirilməlidir. 

Qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsi başa çatdırılmalı, tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsi və onların zəruri ehtiyatının yaradılması diqqətdə saxlanmalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalıdır. İşçilər qış mövsümünə uyğun xüsusi geyimlə təmin olunmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər davam etdirilməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir. Smart-kart tipli sayğacların quraşdırılması digər rayon mərkəzlərində də həyata keçirilməlidir.

Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Həmçinin qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir. 

Müşavirdə tapşırılıb ki, Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir”.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …