Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda kitab bayramı – FOTO

Naxçıvanda kitab bayramı – FOTO

Naxçıvanda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılıb.

Bu barədə Bakupost.az -a Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür məlumat verib.
O, bildirib ki, sərgi iki gün davam edəcək və oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər:“Bu gün Naxçıvanda Naxçıvan Universiteti, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi baş tutub. Kitab sərgisi üçün Bakıdan buraya 24-25 nəşriyyat gəlib.
Naxçıvan universitetinin həyətində, açıq havada stendlər qurulub. Səhər saat 10-da tədbir təşkilatçıları Heydər Əliyevin heykəlini ziyarət etməklə tədbirə start verdilər. Daha sonra universitetin həyətində açılış çıxışları etdilər. Bu gün və sabah gün ərzində oxucularla görüş, kitab təqdimatları, müəlliflərim imza günləri keçiriləcək.
Rəşad Məcid, Rüstəm Behrudi, Varis Yolçuyev, Xəzər Süleymanlı, Arif Əliyev, Elçin Şıxlı buradadır, Elxan Elatlı gələcək. Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulub.
O cümlədən, axşam saatlarında Naxçıvan Dövlət Teatrının tədbirə gələnlər üçün tamaşası nümayiş olunacaq”.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …