Ana səhifə / Bölgələr / Naxçıvanda hava proqnozu elektron qaydada çatdırılacaq

Naxçıvanda hava proqnozu elektron qaydada çatdırılacaq

Muxtar respublikada hava məlumatları və proqnozlar artıq avtomatlaşdırılmış üsulla elektron qaydada hazırlanacaq.
Azinforum.az-ın məlumatına görə, bunun üçün yerlərdə müasir texnologiyaların quraşdırılmasına başlanılıb. Yeni avadanlıq vasitəsilə 7 parametr üzrə məlumatlar veriləcək. Meteoroloji məlumatların kənd təsərrüfatı, fövqəladə hallar, meşə təsərrüfatı və digər sahələrdə çox böyük əhəmiyyəti var. Bu günə qədər məlumatlar ənənəvi üsullarla ictimaiyyətə və təşkilatlara çatdırılırdısa, bundan sonra muxtar respublikada fəaliyyət göstərən meteoroloji stansiyalardan avtomatlaşdırılmış şəkildə ötürüləcək.

Avtomatlaşdırılmış meteostansiyalar Finlandiyanın “Vaysala” şirkətinin istehsalıdır. Qurğu vasitəsilə hava haqqında məlumatlar birbaşa internetə ötürüləcək. Daim yenilənən məlumatları veb serverdən izləmək mümkündür. Avtomat meteostansiyaları ilk olaraqCulfa şəhərində quraşdırılıb. Naxçıvan şəhərində isə bu istiqamətdə iş davam etdirilir. Qurğular yaxın zamanda muxtar respublikanın rayonlarındakı digər stansiyalarda da quraşdırılacaq.

Həmçinin oxuyun

Lənkəranda bir neçə kəndin sakinləri yolsuzluqdan əziyyət çəkir

Lənkəranın Gəgiran, Tükəvilə, Diryan və daha bir neçə kəndi birləşdirən yol sıradan çıxıb. Kəndlilər deyirlər …