Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Bölgələr / Göygöl rayonunda su problemi yaşanır – VİDEO

Göygöl rayonunda su problemi yaşanır – VİDEO

Göygöl rayonunun Mollacəlilli kəndində su problemi yaşanır.

Artıq 3 ilə yaxındır ki, kənddə eyni vəziyyət hökm sürür.

Kənd sakinləri deyirlər ki, uzun müddətdir davam edən susuzluq artıq kənddə təsərrüfatla məşğul olmağı müşkülə çevirib.

Bundan başqa, kəndin içməli su problemi də sakinləri təngə gətirib.

Mollacəlilli kənd icra nümayəndəsi Məmməd Məmmədov deyir ki, kənddə yeni artezian quyularının qazılması üçün mütəxəssislər müsbət rəy verməyiblər, ancaq dağılan su borularının bərpası nəzərdə tutulur.

Göygöl Suvarma Sistemləri İdarəsindən isə bildirdilər ki, kəndə QHT layihəsi ilə çəkilmiş su xətti kənd bələdiyyəsinin balansındadır. Buna baxmayaraq, bələdiyyə təşəbbüs göstərərsə, idarə xəttin bərpasına yardım göstərməyə hazırdır.

Həmçinin oxuyun

Müəllimin xəbəri olmadan maaş kartından pul çıxarılıb (VİDEO)

Bərdədə orta məktəb müəlliminin xəbəri olmadan maaş kartından pul çıxarılıb.   “Xəzər Xəbər”in qaynar xəttinə müraciət …