Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Bölgələr / Ağstafada sel 3 körpünü dağıdıb – FOTO

Ağstafada sel 3 körpünü dağıdıb – FOTO

Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndi ərazisində olmaqla Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə FHN-ə məlumat daxil olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti nümayəndələri cəlb edilib, hadisə yerində müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər yuxarıda adları göstərilən kəndlərdə kənddaxili gediş-gəliş vasitəsi kimi istifadə edilib.

Hazırda həmin kəndlərin rayon mərkəzi və ya digər yaşayış məntəqələri ilə gediş-gəlişində hər hansı problem yoxdur.

Məsələ ilə əlaqədar müvafiq məsləhətləşmələr aparılır.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …