Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Ziya Məmmədovun qoçuları bu dəfə Gürcüstan vətəndaşını soydu

Ziya Məmmədovun qoçuları bu dəfə Gürcüstan vətəndaşını soydu

Nəqliyyat naziri Ziya Məmmədovun “qoçuları”kimi tanınan Nəqliyyat Departamentinin işçilərinin zor tətbiq edərək sürücüləri döyməsi və soyğunçuluq etməsi demək olar ki, hər gün rastlanan haldır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dəfə ND işçiləri qonşu ölkənin vətəndaşını soyublar.
Gürcüstan vətəndaşı 1974-cü il təvəllüdlü Paşa Kərimov bu barədə 102 xidmətinə məlumat verib.
Bildirib ki, Neftçilər prospektində Nəqliyyat Departamentinin 6 işçisi ona məxsus Ford-Transit markalı Na 100 İL nömrəli avtomobilə zorla daxil olublar.

Onlar maşından 100 manat pul və texniki pasport olan pul qabını zorla götürərək gediblər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın