Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Ziya Məmmədov hardadır?

Ziya Məmmədov hardadır?

Artıq səkkiz aydır ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Ziya Məmmədovun nazir postunu itirməsindən keçən bu müddət ərzində onun harada olması, hansı işlərlə məşğul olması və sair barədə mətbuatda ziddiyyətli məlumatlar yer alıb. Sabiq nazirin ata yurdu Ucara çəkilərək, Quranı oxumağa başladığı da deyilirdi.

Dia.az xəbər verir ki, musavat.com-un yazdığına görə, bundan əlavə, Z.Məmmədov və oğlu Anar Məmmədovun Azərbaycanda olan biznesinin əlindən alındığı, hətta evlərini belə satışa çıxartdığı da yayılan məlumatlar arasındadır. Bu günlərdə isə sosial şəbəkələrdə A.Məmmədovun metroda görüldüyünə dair informasiya paylaşıldı.

Bəs Z.Məmmədov hazırda haradadır? Yayılan məlumatlar nə qədər reallığı əks etdirir? Bu və ya digər suallara aydınlıq gətirmək üçün sayt onun özü ilə danışmaq istəyib. Sabiq nazirin telefonunu açan Akif adlı şəxs “Ziya müəllim rayondadır, bir həftəyə gələcək. Gələndən sonra yəqin ki, özü sizin suallarınızı cavablandırar” dedi.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …