Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Araşdırma / Ziya Məmmədovun oğlunun daha bir şirkəti üzə çıxdı – FOTO

Ziya Məmmədovun oğlunun daha bir şirkəti üzə çıxdı – FOTO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirkəti üzə çıxıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bildirib ki, şirkət Türkiyədə fəaliyyət göstərir.

““Euroasiya İnvestment” inşaat sənaye və ticarət şirkəti 2021-ci ilin avqustunda Türkiyədə neft axtarışı ilə məşğul olmaq üçün bu ölkənin Enerji və Təbii Qaynaqlar Nazirliyinin Mədən və Petrol İşləri Genel Müdirliyinə müraciət edib. Şirkət 2008-ci ildə İstanbul Beşiktaşda 10 milyon lirə nizamnamə kapitalı ilə təsis olunub, sonradan nizamnamə kapitalı 22 milyon lirəyə qədər artırılıb. 2019-cu ilin fevralından Anar Məmmədov şirkətin yeganə pay sahibidir”, – o qeyd edib Fotoları təqdim edirik

Həmçinin oxuyun

YAP–ın rayon təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarında yoxlamalar aparılır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamaları partiyanın …