Ana səhifə / Araşdırma / Ziya Məmmədovun işçiləri tərəfindən külli miqdarda ziyana salınan sahibkar Prezidentdən kömək istəyir

Ziya Məmmədovun işçiləri tərəfindən külli miqdarda ziyana salınan sahibkar Prezidentdən kömək istəyir

Nəqliyyat sektorunda çalışan iş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfov üzləşdiyi problemlərlə bağlı  Prezident İlham Əliyevə müraciət edib. Azinforum.az  iş adamının dövlət başçısına ünvanladığı müraciəti zəruri redatələrlə təqdim edir. Şikayətçi  bildirir ki, o, uzun müddətdir  kiçik sahibkar kimi Bakı şəhərində sərnişin daşıma sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğuldur: ” Biz marşrut işlədən sahibkarlar Bakı şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən vaxtı hec bir əngəllərə rast gəlməmişik, həmişə vaxtı-vaxtında dövlətin vergisini ödəyib sərnişin daşıma fəaliyyəti göstərmişik. Lakin bizi Bakı şəhəri İcra Hakimyyətindən alıb Nəqliyyat Nazirliyinin nəzarətinə verdikdən sonra problemlərimiz başladı. “Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri, müqavilə şöbəsinin rəisi Yunis Abdullayev, şöbənin işçiləri Elxan Hüseynov və Mais Usubov marşrut xətlərimizi işlətmək üçün bizi məcbur edirdilər ki, onlara pul verək. Onların qanunsuz əməlləri nəticəsində bizim külü miqdarda kredit borclarımız yaranmışdır, hamımızın əmlakımız və evlərimiz girovdadır. Biz onların dediklərini etmədikdə marşurutu əlimizdən alacaqları ilə hədələyirdilər. Tələb etdikləri pulu almaq üçün reket kimi vaxt qoyurdular. Ona görə də biz məcbur olurduq ki, gedib faizə pul götürüb Yunus Abdullayevə, Elxan Hüseynova, Mais Usubova dediyi pulu ödəyək. Çünki avtobusları biz evlərimizi girov qoyaraq almışdıq. Bir neçə marşrutu, o cümlədən 71 nömrəli marşurutu Yunus Abdullayev, 166 və 186 nömrəli marşurutu Mais Usubov və 132 24, 148 və 198 nömrəli marşururtları Elxan Hüseynov ələ keçirərək idarə edirdilər.
“Bakı sərnişin nəqliyyat” MMC-nin işçiləri Yunus Abdullayev, Elxan Hüseynov, Mais Usubov qanunsuz hərəkətləri nəticəsində mənə külli miqdarda maddi ziyan dəymişdir.

Nəticədə mənə vurulan ziyan 1.500.000 manatı keçmişdir. Bundan 700.000 manat banklara kredit borcum təşkil edir. Onlar mənə evimi də satdırdılar. Bu gün mən ailəmlə kirayədə yaşayıram.

Mən 2015-ci ildən 2016-cı ilin sonlarına qədər prokurorluğa müraciətlər etdim. Şikayətimlə əlaqədar yekunda  belə qərar verdilər ki, təqdim etdiyim dəlillər öz təsdiqini tapmayıb”.

Sahibkar daha sonra ölkə başçısından onun üzləşdiyi haqsıslığı öz nəzarətinə götürməyi xahiş edir:

“Hörmətli Cənab Prezident!

Siz ölkə başçısı, hər bir vətəndaşın qarantısınız. Mənim başıma gətirilənlərlə Sizi qismən tanış etdim. Bu haqsızlıqlar, qanunsuzluqlar bu ölkədə mənim başıma gətirilmişdir. Sizə müraciətim mənim ölkədə inandığm və ümid etdiyim son ünvanımdır. Əgər Sizdən mənim məsələmin həlli üçün ümidverici bir cavab almasam, o halda mən ölkə daxilindəki ədalət axtarışım puça çıxar. Mən inanıram ki, Siz bu məsələnin həlli üçün əlinizdən gələni edəcəksiniz ki, haqq-ədalət zəfər çalsın”.

 

 

Həmçinin oxuyun

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qaldı – ARAŞDIRMA

Ermənistan Hərbi Hava Qüvvələrinin silahlanmasında döyüşə yararlı cəmi 6 təyyarəsi qalıb. “Azeri Defence”nin məlumatına görə, …