Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Zaurun verilişlərinə gizli pul göndərirən hacıxanımın Rövşən Lənkəranski ilə əlaqəsi üzə çıxdı

Zaurun verilişlərinə gizli pul göndərirən hacıxanımın Rövşən Lənkəranski ilə əlaqəsi üzə çıxdı

Bir müddət əvvəl saytımızada məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəraniskinin (Canıyevin) adını çətinliklə dəqiqləşdirə bildiyimiz anası Məsməxanım Hacıyevanın insult keçirməsi haqda məlumat vermişdik. Verilən məlumatda Məsməxanım Hacıyevanın xeyriyyəçi qadın olduğu da bildirilirdi.

Bu gün Bizimyol.info saytına Lənkəraniskinin ailəsinə yaxın mənbənin bildirdiyinə görə, onun anası Məsməxanım Canıyeva televiziyyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyyacı olan şəxslərə başqa adla köməkliklər edib. Hətda ATV kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu “Ümid var” və “Bizimləsən” verlişlərində bir çox ehtiyacı olan adamlara pul və qiymətli əşyalar göndərdiyi bildirilir.

Teleaparıcının verilişində zaman-zaman ən müxtəlif ehtiyyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür etdiyi Hacıxanım, Rövşən Lənkəraniskinin anası Məsməxanım Hacıyeva imiş. O əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu Hacıxanım deyə bildirirmiş.

Məsələ ilə bağlı saytımıza açıqlama verən məşhur teleaparıcı Zaur Baxşəliyev fikirlərini belə ifadə edib. “Bəli mənim verilişimə həcixanımlar ehtiyyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəraniskinin anası olduğunu bilmirəm. Lənkərandan Həcixanım verilişimizə yardımlar edib. Amma onun Lənkəraniskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən konvertlərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Mən Lənkaraniskinin anasından telefon zəngi alıb, bu pulu mən göndərmişəm deməyib. Belə hal olmayıb. Ola bilər göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdı, ona görə istəmirəm hansısa açıqlama verib, təşvişə səbəb olam. ”

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın