Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Zaur Mikayılov da BACARMADI… – Büdcə pullarına qənim kəsilən ünvan…

Zaur Mikayılov da BACARMADI… – Büdcə pullarına qənim kəsilən ünvan…

Meliorasiya və Su Təsərrüfatı ASC – nin yaranmasından 16 il keçir.Cəmiyyətin yaranması ilə bağlı 17 iyun 2016 cı ildə Baş nazir Artur Rəsizadə 149 saylı qərar imzalamışdır.

Cəmiyyətin üzərinə düşən çoxsaylı vəzifələrdən biri də torpaqların melorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə dövlət melorasiya xidmətini inkişaf etdirməkdir. Bildiyimiz kimi Azərbaycan ta qədimdən əkinçiliklə məşquldur. Əkin üçün yararlı torpaqlarımız 4,53 milyon hektar təşkil edir. Bu torpaqlar düzənlik ərazidə yerləşdiyindən qurunt suları şorlaşma təhlükəsi yaradır. Suvarılan torpaqların 610 min hektarı kollektor drenaj sistemləri ilə təchiz olunub. Bu torpaqlardan yüksək məhsul götürmək üçün kollektor drenaj sisteminin səmərəliliyinin artırılması həmişə günün vacib məsələlərindən biri olaraq qalır. Bu səmərəliliyin artırılması ilə bağlı dövlət büdcəsindən ayrılan vəsait milyardlarla manatdır.

Məhz dövlətin ayırdığı küllü miqdarda bu vəsait təyinatı üzrə xərclənirmi? Bu suala aydınlıq gətirmək üçün çoxsaylı vətəndaş müraciətləri ilə bağlı kiçik bir araşdırma aparmaq üçün 7 rayonda xidmət göstərən Baş Şirvan Kollektorlar idarəsinin tabeliyində olan Hacıqabul rayonunun Meyniman, Axtaçı, Talış kəndlərində kollektor drenaj sistemlərinin vəziyyəti ilə tanış olduq. Doğrusu vəziyyətin bu qədər acınacaqlı oldiğunu xəyal belə etməzdim. Bu rəzalət dövlət , xalq ,millət adına xəyanətdir. İnsanlar çarəsiz vəziyyətdədirlər. Görünən odur ki son 10 – 15 il ərzində bu kəndlərdə nə təsərrüfatlararası nə də təsərrüfatdaxili kanallar lildən təmizlənməməsi nəticəsində istifadəyə yararsız vəziyyətə gətirilmişdir. Baş Şirvan Kolektorları idarəsinin rəisi Əhmədağa İbrahimovdur. Onunla əlaqə saxlamaq istədik buna nail ola bilmədik. Kiçik bir araşdırmamız bu qurumda böyük bir maxinasiyanın olduğu anlamına gəldi.

Məlumat üçün bildirirəm idarənin xidmət şəbəkəsinin uzunluğu 215,7 km olan Baş Şirvan kollektoru, 622,53 km təsərrüfatlararası kollektorlar, 572,25 km təsərrüfatdaxili kollektorlar təşkil edir. Ağdaş, Ucar, kürdəmir, Sabirabad, Hacıqabul, Şirvan və Səlyan rayonlarını əhatə edir. İllik dövriyyəsi 7 milyon civarındadır.

2017 ci ildə Hesablama Palatası bu qurumda son 2 ilin (2015-2017) yoxlamasını aparmışdır. Nəticə etibarı ilə yanacaq sürtkü yağlarının, ehtiyat hissələrinin artıq silinməsi və digər neqativ hallar aşkarlanmasna baxmayaraq heç bir cəza tədbiri görülməmişdir.
Araşdırmamız davam edəcək. //xeberfakt.az//

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …