Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Zaur Lələtəpə qəhrəmanından rüşvət istəyib? – Açıqlama

Zaur Lələtəpə qəhrəmanından rüşvət istəyib? – Açıqlama

Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil Elşən Balaxan oğlu Əzimov tərəfindən bizə müraciət daxil olmayıb.

Bu sözləri Kult.az-a Aprel döyüşlərinin iştirakçısından efirə çıxması üçün 500 manat rüşvət istənilməsi ilə bağlı iddialara münasibət bildirən “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyev deyib. O bildirib ki, verilişə müraciət edən Qarabağ qazisidirsə, ondan pul istənilməsi absurd söhbətdir:

“Əvvəla, imkanı olmayan birindən necə pul istəmək olar? Onların imkanı olsaydı, bizə niyə müraciət edirdilər ki? Belə allahsızlıq ola bilməz. Kimsəsiz, pulsuz, evsiz-eşiksiz bir insanın pulunu necə almaq olar?! Bu sözü dilə gətirmək belə ayıbdır”.

Zaur Baxşəliyev verilişə müraciətlərin Votsap vasitəsi ilə qeydiyyata alındığını bildirərək, həmin şəxsdən pul istənilməsi ilə bağlı yazışmaların təqdim edilməsini istəyib:

“Bizə müraciətlər Votsap vasitəsi ilə qeydiyyatdan keçirilir. Ondan kim pul istəyibsə, zəhmət olmasa, bunu sübut edən yazışmanı cəmiyyətə təqdim etsin. Həmin şəxs verilişimizə gəlmək istəyirsə, buyursun, gəlsin. Qapımız hər zaman onlara açıqdır. Biz hər zaman efirdən də deyirik ki, Qarabağ əlillərinə, qaçqınlara, məcburi köçkünlər və hətta onların ailələrinə belə təmənnasız xidmət göstəririk”.

Qeyd edək ki, Aprel döyüşlərinin iştirakçısı, ikinci qrup əlil, baş gizir Elşən Əzimov Moderator.az saytına açıqlama verərək, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyev haqqında ciddi ittihamlar səsləndirib. O bildirib ki, Zaur Baxşəliyev onun efirə çıxması üçün 500 manat istəyib. Xoşqədəm Hidayətqızı isə Elşən Əzimova qeydiyyata alındığını bildirsə də, sonradan zənglərinə cavab verməyib.

Saytımız Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağa çalışsa da, redaksiyamızın zəngləri cavabsız qalıb.

Xatırladaq ki, Elşən Balaxan oğlu Əzimov 16 il orduda xidmət edib. 2016-cı il Aprel döyüşləri zamanı Lələtəpə yaxınlığında kontuziya alıb. Ayaqları tutulan qazi mütəmadi olaraq müalicə olunduğunu və bunun üçün maddi imkanının olmadığını bildirib. Qazimiz ailəlidir və 4 övladı var.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …