Ana səhifə / Araşdırma / “Zara”dan paltar aldı: Peşman etdilər – İş nazirliyə qədər getdi

“Zara”dan paltar aldı: Peşman etdilər – İş nazirliyə qədər getdi

“Zara” geyim mağazasında daha bir qalmaqal yaşanıb.

Azinforum.az faktor.az-a istinadən xəbər verir ki, Azad İstehlakçılar birliyinə bu barədə Namazov İdris ərizə ilə müraciət edib.

O aldığı geyimi qaytarmaq üçün müraciət edib. Lakin şikayəti təmin olunmayıb. Qeyd edək ki, şikayət İqtisadiyyat Nazirliyinə də göndərilib.

Məslə ilə bağlı sözü gedən geyim mağazası ilə əlaqə yaratdıq, lakin telefonlara cavab verən olmadı.

Şikayətçiniun ərizəsini sizə təqdim edirik:

“29 aprel 2018 ci il tarixində Nizami küçəsi 42 ünvanında Nərgiz mall Ticarət mərkəzində yerləşən Zara mağazasından dəyəri 59 AZN olan köynək aldım.13 may 2018-ci il tarixində qeyd etdiyim ünvanda yerləşən dükana yenidən yaxınlaşaraq aldığım köynəyi onunla eyni dəyərdə olan digər köynəyə dəyişmək istədiyimi bildirdim. Malın əmtəə görüntüsü,istehlak xassəsi,plombu,yarlığı hər bir şeyi tam qaydasında idi və həmçinin kassa qəbzini də dükanın əməkdaşına təqdim etdim. Dükanın əməkdaşı malın bütün xüsusiyyətlərinin tam yerində olmasına əmin oldu və məni kassaya yönləndirdi. Kassada mənə bildirdilər ki , malın dəyişdirilməsi malın alındığı gün də daxil olmaqla 14 gün müddətində mümkündür. İstehlakçıların haqında qanunun 15-ci maddəsinə görə istehlakçı aldığı malı aldığı gün sayılmamaq şərti ilə 14 gün ərzində eyni keyfiyyətə malik malla dəyişdirə bilər. Burada mənim istehlakçı hüquqlarımın pozulduğunu sizə bildiriəm və bu baraədə mənə köməklik göstərmənizi,mənim istehlakçı hüquqlarımın qorunmasını və lazımı dövlət orqanlarına həmçinin, KİV-Ə məlumat verməyinizi xahiş edirəm”.

Təəssüf ki, “Zara” məsləyə mövqe bildirmədi.

Həmçinin oxuyun

BAKI ÜRƏK MƏRKƏZİNDƏ XƏSTƏNİ NECƏ ÖLDÜRDÜLƏR? – VİDEO

47 yaşlı Babək Kərimovun xəstəxanaya ayaq üstə gəlib, əməliyyatdan sonra meyitinin xərəkdə çıxması qardaşı Zahid …