Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Zamin Hacı yenidən BŞBPİ-yə çağırıldı

Zamin Hacı yenidən BŞBPİ-yə çağırıldı

“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə jurnalist özü sosial şəbəkədəki səhifəsində informasiya yayıb.
Jurnalist bildirib ki, son bir il yarımda təkcə bu idarəyə üçüncü dəfədir çağırırlar: “Bu gün saat 5-də orda olmalıyam. Deyirlər, istintaq idarəsinin rəisi Nazim müəllim sizinlə görüşmək istəyir. “Niyə görmək istəyir”, “gələrsən, görərsən” – vəziyyət budur”.
Z.Hacı yazıb ki, rəsmi çağırış vərəqi istəməyin mənası olmadığı üçün belə bir şey istəməyib.
Qeyd edək ki, bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, Facebook statusu ilə bağlı xəbərdarlıq etmişdilər.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın