Cümə axşamı , May 26 2022
Ana səhifə / Araşdırma / Zakir Fərəcovla İradə Gülməmmədova arasında kompromat savaşı – GƏLİŞMƏ

Zakir Fərəcovla İradə Gülməmmədova arasında kompromat savaşı – GƏLİŞMƏ

Bir neçə gün əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tutduğu vəzifədən azad edildi. Əslində, burada qeyri-adi nəsə yoxdur. Çünki vəzifə kiminsə üçün əbədi sayıla bilməz. Ancaq Prezidentin həmin sərəncamından sonra mediada sabiq icra başçısı ilə bağlı dezinformativ xarakterli məlumatların yayıldığlnın şahidi olduq.

Həmin məlumatlarda qeyd edilirdi ki, güya Abşeronun sabiq icra başçısı ailəsi ilə birlikdə Almaniyaya qaçarkən aeroportda saxlanılıb. Sual olunur: rəsmi təsdiqini tapmayan bu tip dezinformasiyalar kimin tərəfindən mediaya ötürülür?

RealMedia.az-ın bu xüsusda apardığı araşdırmadan sonra məlum olub ki, bu tip informasiysıar Sumqayıtın icra başçısı Zakir Fərəcov vasitəsilə “reket” jurnalistlər tərəfindən dövriyəyə buraxılır. İş burasındadır ki, özünü yalnız Sumqayıtın deyil, həm də Abşeronun mütləq hakimi kimi aparmağa çalışan Zakir Fərəcovla İradə Gülməmmədovanın arasındakı soyuqluğun tarixi yaxın bir ilə təsadüf edir. Masazır qəsəbəsindəki məktəb direktoru təyinatı ilə bağlı hadisədən sonra daha da pik həddə çatıb.

Bundan sonra İradə Gülməmmədova Zakir Fərəcovla ümumiyyətlə əlaqani kəsir və yuxarılarla birbaşa əlaqəyə çıxır. Elə həmin vaxtdan da Zakir Fərəcov özünə regional bağlılığı ilə yaxın olan “reket” jurnalistlər vasitəsilə Gülməmmədovaya qarşı qara piar kompaniyası aparır. Əlaqədar qurumlar araşdırsa Zakir Fərəcovla mütəmadi olaraq hansı jurnalistlərin görüşdüyünün şahidi olarlar.

Təbiidir ki, ölkəmizin informasiya təhlükəsizliyi üçün təhdid yaradan bu tip informasiyaların şəxsi maraqlar naminə dövriyyəyə buraxılması yolverilməzdir. Bizim əldə etdiyimiz məlumata görə, hazırsa İradə Gülməmmədova ilə bağlı heç bir problem yaşanmır, əksinə, yaxın günlərdə onun başqa vəzifəyə təyinat alacağı gözlənir.

RealMedia.az

Həmçinin oxuyun

“Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… – FOTOLAR

O, iki “qanuni oğru”nun arvadı olmuşdu. Əslində, onun özü də oğru aləminin ən yüksək titulunu …