Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Zabratda güclü partlayış: yaralılar var

Zabratda güclü partlayış: yaralılar var

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki dönərxanada baş verən partlayış nəticəsində xəsarət alan və Bakı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 5 nəfərin hamısı (1963-cü il təvəllüdlü Rüstəmova Naridə Rüstəm qızı, 1994-cü il təvəllüdlü Əlifxanlı Şəhriyar Əlimusa oğlu, 1992-ci il təvəllüdlü Bayramov Rafael Nəsrəddin oğlu, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Əlimusa oğlu və 1978-ci il təvəllüdlü Hüseynova Sima Ağalar qızı) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların heç birinin həyatı üçün təhlükə olmayıb.

*   *   *13:47

Sabunçu rayonu, Zabrat qəsəbəsində partlayış baş verib.

Hadisə şahidləri “Qafqazinfo”ya bildiriblər ki, partlayış “Ayxan” marketlə üzbəüz olan dönərxanada qeydə alınıb.

Hadisənin baş verməsinə dönərxanada olan qaz balonunun partlamasının səbəb olduğu bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri və təcili – tibbi yardım briqadaları cəlb olunub.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışın baş verdiyi ərazinin daxil olduğu 15-ci polis bölməsinin rəisi İlham Əhmədov sayta bildirib ki, hadisə nəticəsində 6-7 nəfər xəsarət alıb. Onların hərb birinə tibbi yardım göstərilir. Ağır fəsad baş verməyib.

Hazırda FHN və polis əməkdaşları partlyış yerində araşdırma aparırlar.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova isə APA-ya bildirib ki, partlayışda 5 nəfər xəsarət alıb. Onun sözlərinə görə, xəsarət alanlardan üçü kişi, ikisi qadındır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın