Ana səhifə / Araşdırma / Zərrab məhkəməyə qədər – 4 müxtəlif həbsxanada yatacaq

Zərrab məhkəməyə qədər – 4 müxtəlif həbsxanada yatacaq

Ötən ay həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab Mayamidən Nyu-Yorka avtobusla aparılacaq.

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Nyu-Yorkun cənub bölgəsinin prokurorluq nümayəndəsi Ceyms Marqolin məsələ ilə bağlı “Avtobusda başqa əyalətlərin müxtəlif həbsxanalarına aparılacaq məhbuslar da olacaq. Ona görə də Rza Zərrab səfər müddətində ən azı 4 gecəni müxtəlif həbsxanalarda yataraq keçirəcək”, – açıqlamasını verib.

Zərrabın Nyu-Yorka gələn kimi hakim qarşısına çıxarılacağını deyən Marqolin bildirib ki, artıq ilk iclasda vəkillər şərti azadlıq istəyə bilərlər. O, həmçinin, qeyd edib ki, məhkəmə iclaslarının ən tez sentyabr ayında başlanacağı gözlənilir.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın