Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Zərəçəkmişlər pulunu “AMAY Abdulla”dan tələb edir – 2 milyonluq dələduzluq

Zərəçəkmişlər pulunu “AMAY Abdulla”dan tələb edir – 2 milyonluq dələduzluq

“Xudafərin” MMC-nin vəzifəli şəxsləri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırdıqlarını bildirib.

Onlar mülki iddialarını məhkəməyə təqdim ediblər. Zərərçəkmilərdən biri “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə qarşı mülki iddia qaldırdığını qeyd edib.

Hakim bildirib ki, A.Abdullayev bu cinayət işinə cəlb edilmədiyi üçün məhkəmənin buna baxmağa səlahiyyəti çatmır.

Daha sonra zərərçəkmiş Şəlalə Mustafayeva vəsatət qaldıraraq, hüquqi şəxs olan “Xudafərin” MMC-ni də ziyanın qaytarılması üçün cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Bundan başqa, zərərçəkmişlərin bir qismi təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyiblər.

Məhkəmə zərərçəkmişlərin vəsatətini təmin etməyib. Mülki iddialar isə icraata qəbul edilib.

Məhkəmə iclası mayın 11-də davam edəcək.

“Xudafərin” MMC-nin vəzifəli şəxsləri – Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Şirkət əməkdaşları mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər. Bikdirək ki, bu şirkətin rəhbəri naxçıvanlı iş adamı “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevdir.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Bildirək ki, iş adamının adı bir neçə qalmaqallı məhkəmə işlərində hallanıb. O, bir neçə il öncə həbsdən çıxıb.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …