Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Zəhərlənənlərdən biri aparıcının oğludur – “Durumu çox pis idi”

Zəhərlənənlərdən biri aparıcının oğludur – “Durumu çox pis idi”

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib. 

“ Azinforum.az ” Musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:

“Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı”.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın