Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / Zərdabda direktorun şagiridini zorlaması xəbəri təsdiqini tapmır – Ekspertiza rəyi

Zərdabda direktorun şagiridini zorlaması xəbəri təsdiqini tapmır – Ekspertiza rəyi

Zərdab rayonun Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin şagirdini zorlaması ilə bağlı yayılan məlumatın maraqlı təfərrüatları məlum olub.

Şahhüseynli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, direktorla şagirdi arasında zorlama olmayıb:

“Ceyhun Tofiqli direktor deyil. Əslində, direktor əvəzidir. Qızın anası onları sadəcə söhbət edən yerdə tutub. Elə həmin anda da gedib olanlarla bağlı polisə şikayət edib. Polis də gəlib direktoru aparıb. Sonra şagirdi tibbi ekspertizadan keçiriblər. Məlum olub ki, onların arasında cinsi yaxınlıq olmayıb”.

Sakinlərin sözlərinə görə, direktor həbs olunan gün şagirdi ilə bir yerdə rayonda olublar:

“Zərdabda bir yerdə olub, qayıdıblar kəndə. Qız 11-ci sinifdə oxuyur. Direktor ailəlidir, gözəl yoldaşı və iki uşağı var. Elə həmin kəntdə yaşayır”.

*****

“Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru vəzifəsini icra edən Ceyhun Tofiqli ilə bağlı araşdırma davam etdiyi üçün, hələlik mətbuata açıqlama verilmir.”

Bu haqda Avropa.info-ya Zərdab rayon prokurorluğundan bildiriblər.

https://www.azinforum.az/zorlamada-ittiham-edil%C9%99n-m%C9%99kt%C9%99b-direktoru-%C9%99v%C9%99zi-saxlanilib-arasdirma-davam-edir-z%C9%99rdab-rayon-prokurorlugu/

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın