Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Zərərçəkmiş: “MTN əməkdaşları pulumu əlimdən aldılar”

Zərərçəkmiş: “MTN əməkdaşları pulumu əlimdən aldılar”

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdən sonra vəkil Azər Tağıyev bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində Gündüz Əliyev ifadə verib.

O bildirib ki, mebel istehsalı ilə məşğul olur: “Mənim Arif Kərimov adlı tanışım var. O, iş sifarişləri gətirirdi və buna görə ona faiz verirdim. 2014-cü ildə Arif Kərimov mənə sifariş gətirdi. Mən həmin sifariş üçün 191 min 850 manat aldım. Bu zaman əyləşdiyimiz kafeyə dörd nəfər daxil oldu. Onlar bildirdilər ki, MTN əməkdaşlarıdır və bizi “Sultan” kafesinə apardılar. Orada həmin pulu aldılar və bildirdilər ki, biz qanunsuz fəaliyyətlə məşğul oluruq”.

Zərərçəkmiş şəxs məhkəmədə həmin pulun qaytarılmasını istəyib.

Proses aprelin 13-də davam edəcək.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın