Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Araşdırma / Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “Yusif Züleyxa” məsələsi…

Zəngilan məhkəməsinin sədri Gülsarə Kərimovnanın “Yusif Züleyxa” məsələsi…

Zəngilan rayon məhkəməsinin sədri Gülsarə Kərimovna məhkəmə prosesini əsl  komediya tamaşasına çevirib. 
Bu adamın Türkmənistanda doğulması, orada vəkil işləməsi, notariusda çalışması, hətta saxta sənədlərə görə, Türkmənistanda həbsxana həyatı yaşaması və günün birində Azərbaycan vətəndaşı olmaya-olmaya Suraxanı məhkəməsində hakim olması, sonra Zəngilan məhkəməsinin sədri olması, ailələri kağız üzərində  boşadıb dövlətə külli miqdarda ziyan vurması, “boşanmaları”  özü üçün biznesə çevirməsi,  Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın “podruqası” olması  və s barədə kifayət qədər mediada yazılıb. 
Bu adamın  vətəndaşlığı barədə  susması özü də müəmmalıdır. Adam konkret mövqeyini bildirmək istəmir. Niyə ? 
Əgər Azərbaycan  vətəndaşıdırsa, buyursun, sənədlərini ortaya qoysun və məsələ bitsin. Və hansı əsasla  Azərbaycan vətəndaşı olmasına aydınlıq gətirsin. 
Bütün bunları bir kənara qoyaraq bu yazıda Gülsarə Kərimovnanın  məhkəmə prosesini lağlağıya çevirməsindən, komediya personajına döndərməsindən, özünü qeyri-ciddi aparmasından bəhs edəcəyik. 
Bəli,  məhkəmə prosesində  cavabdeh tərəf  məntiqli vəsatət qaldırır. Və qeyd edir ki, 2016-cı ildən, yəni Gülsarə Kərimovna Suraxanı məhkəməsinin hakimi işləyən vaxtdan onunla aramızda ziddiyyət  var, özəl münasibətlərimiz olub, ona görə də dərinə getmirəm, hər şeyi açıq demək olmur, indi vətəndaş və hakim münasibətlərimiz var Gülsarə xanım məni qarabaqara izləyir və s…ona görə də  məhkəmə sədrinin mənimlə bağlı məsələyə baxmasını düzgün hesab etmirəm və məhkəmə işi başqa məhkəməyə verilsin. Mənim məsələmə lap Afrikada  baxsınlar, amma Gülsarə xanım baxmasın.. 
Doğrudan da qaldırılan vəsatətdə məntiq var. 
Görək cavabdeh tərəfin irəli sürdüyü  arqumentlərə məhkəmə sədri nə cavab verir:
Sən savadsız hüquqşünassan…
Ay Gülsarə Kərimovna, qarşı tərəfin savadlı, yaxud savadsız  hüquqşünas olmasının  vəsatətə nə dəxli var?
Qarşı tərəf sənə deyir ki, aramızdakı yaranmış ziddiyyətlərə görə, sən mənim məsələmə baxa bilməzsən ? 
Sən isə ayağını dirəmisən ki, hüquq belə getdi-filan, ortaya fakt qoy…
Deyirsən, qarşı tərəf ortaya fakt qoysun ? 
Axı, o faktı sən Vüsalənin gözü qarşısında görmüsən. Onu sənə dəfələrlə oxuyub. Bunu istəyirsən ? 
Gülsarə Kərimovna qarşı tərəf  sənə deyir ki, BİR FƏRD OLARAQ sənin bu məsələyə bir başa aidiyyatın var.
Qarşı tərəfin sözünü kəsərək deyirsən ki, FƏRD ÖZÜNSƏN, MƏNƏ  SÖYÜŞ SÖYMƏ…
Gülsarə Kərimovna,  birincisi, sən dilimizi bilmədiyin üçün FƏRD sözünü söyüş kimi başa düşürsən, amma əslində FƏRD sözü  təhqir-filan deyil…
İkincisi,  səndən fərqli olaraq  savadsız adlandırdığın qarşı tərəf  təmiz  azərbaycan dilində iki ali təhsil alıb, həm də hüquq təhsili. Sən isə hansı dildə oxumusan  bilən yoxdur. Həm də sən latın qrafikasında yazıb-oxuya bilmədiyin üçün  hər şeyi kəllə-mayallaq başa düşürsən, qəbul etdiyin qətnamələr də savadsızdır…
Yeri gəlmişkən, Məhkəmə-Hüquq Şurasının sədri, cənab Ədliyyə Naziri Fikrət Məmmədovdan soruşuruq ki, dövlət dilimizi bilməyən, üstəlik özünü məhkəmədə sanki komediya artisti kimi aparan bu adamı necə məhkəmə sədri təyin etmisiniz ? 
Məhkəmə sədri  hər dəqiqə qarşı tərəfə “Sən kimə güvənirsən ee, kimə arxayınsan ee..”  deyərək özünü gülünc vəziyyətə qoyur. 
Qarşı tərəf  məhkəmə Gülsarə Kərimovnaya deyir ki, mən vətəndaşı olduğum Azərbaycan dövlətinə və onun qanunlarına, Prezidentimizə, ALLAHIMIZA güvənirəm, bəs sən nəyə güvənirsən, Gülsarə Kərimovna ? 
Gecə-gündüz  “ağsaqqalım” dediyin Ramiz Mehdiyevə? 
Bütün  sərhədləri keçərək  qarşı tərəfə  deyirsən ki, sənin Allahın yoxdur…
Glüsarə Kərimovna, etik normaları nəzərə alaraq məhkəmə zalında demədiklərimizi indi sənə, sənin nəsil şəcərənə qaytarırıq. 
Bizim Allahımız da, Peyğəmbərimiz də, Müqəddəs Quran kitabımız da var. 
Səndə isə  bunlar yoxdur, səninki “ağsaqqaldır”, bir də “bilmirəm nə”…
Gülsarə Kərimovna  qarşı tərəfə deyir ki, səni həbs etdirərəm…
Deyəsən Gülsarə Kərimovna  təzə  “Yusif  və Züyeyxa”  dastanı yaşamaq istəyir.   
Qarşı tərəf bəyan edir ki, məndən sənə Yusif olmaz, Gülsarə Kərimovna. 
Həbs məsələsinə gələndə isə,  Türkmənistanda  həbs həyatı yaşayan sən olmusan. Bizdə isə belə bir atalar məsəli var “qarı qız və eşşək”  məsələsini soruş sənə başa salsınlar… Yəni bizi həbslə qorxuzmaq mümkün deyil.
Sonda Gülsarə Kərimovnanın nəzərinə çatdırırıq ki, hüquqlarını tapdaladığın Zəngilan sakinləri Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirməyə hazırlaşırlar. 
Deyəsən, yenidən həbsxanada yatmalı olacaqsan… (Gündəlik-Bakı)

Həmçinin oxuyun

Yeni ştamın simptomları nədir?

Koronavirusun yeni “Omicron” ştamının peyda olması bir sıra ölkələri pandemiya ilə mübarizə planlarını yenidən nəzərdən …