Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Yüksək vəzifəli məmur adını müəmmalı kitabdan NİYƏ CIRDI? – ŞOK İFADƏLƏR

Yüksək vəzifəli məmur adını müəmmalı kitabdan NİYƏ CIRDI? – ŞOK İFADƏLƏR

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nazirin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Rahib Hüseynovun vəkili yenidən vəsatət verərək iş üzrə adı keçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev və ailə üzvlərinin məhkəməyə şahid qismində dəvət olunmasını istəyib: “Niyə görə adı bu işdə keçən Əvəz Qocayev və onun ailəsi məhkəməyə dəvət edilmir? Onlar bu iş üzrə əsas şahidlərdir. Bizim onlara suallarımız var”.

Hakim bildirib ki, vəkilin qaldırdığı vəsatət təmin edilib: “Şahidlər çoxdur, vəsatətinizdə adı keçən bütün şahidlər məhkəməyə dəvət ediləcək”.

Bundan sonra şahid qismində təqsirləndirilən şəxsin anası Lətifə Hüseynova ifadə verib. O qeyd edib ki, borc pulların qeydiyyatının aparıldığı kitablar barəsində çox sonra xəbər tutub: “İlk olaraq Rahib tutulanda xəbərim oldu. Əvəz Qocayev bizdən Rahibin kitabları ona verməyimizi istədi. Belə ki, bizə gəldilər, ərimlə onun maşınına mindik. Əvəz Qocayev özü şəxsən kitabları məndən götürdü. Yol boyunca onun adının qeyd edildiyi vərəqləri cırdı. Bəzilərinin üstünü qələmlə qaraladı. Rahib isə mənə xəbər göndərərək kitabları gizli yerdə saxlamağımı istəmişdi”.

Daha sonra hakim Mirzə Xankişiyev kitabda adı keçən Elton Aydınovun kim olduğunu soruşub. Təqsirləndirilən şəxs E.Aydınova Elnar Əsgərovun ailəsi tərəfindən 4 milyon manata yaxın pul verildiyini deyib.

R.Hüseyovun vəkili vəsatət qaldıraraq, zərərçəkmiş Qoşqar Zeynalovun gəlirləri və əmlakları barədə sorğu verilməsi vəsatət verib. Hakimlər vəsatəti təmin etməyib.

Proses iyunun 8-də davam edəcək.

Qeyd edək ki, Arif Əsgərovun oğlu Elnar Əsgərov bu iş üzrə əsas şahiddir və o da məhkəmədə ifadə verib. Hətta bəzi zərərçəkmişlər və təqsirləndirilən Rahib üseynov da Elnarı ittiham edirlər. Çünki alınan pullar Elnar Əsgərova çatıb. Rahib Hüseynov isə E.Əsgərovun işlərini gördüyünü deyir.

O, Cinayət Məcəlləsinin 178.3.2 -ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Arif Əsgərovun digər oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 49 milyon manatlıq mənimsəmə işində hallanır.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

A.Əsgərovun oğlu “Liman Group” şirkətinin rəhbəri olub.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …