Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / “Yoldaşımın başına daş düşdü”- Gəncədəki partlayışın görüntüləri – VİDEO

“Yoldaşımın başına daş düşdü”- Gəncədəki partlayışın görüntüləri – VİDEO

Gəncə şəhəri, 4-cü mikrorayon, bina 4 a, mənzil 28-də yaşayan 57 yaşlı Rəqibə Musayeva yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

ARB TV xəbər verir ki, onun binada qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət aldığı bildirilir.

Qadının deməsinə görə, birinci mərtəbədə qeydə alınan partlayışın gücündən mənzilindəki bacanın qapağı qopub və onun başına düşüb.

Fəxrəddin Musayev – Həyat yoldaşı: “Nəvələrim çarpayıda idi. Mən də qızımla oturmuşdum. Durduğumuz yerdə birdən partlayış oldu. Yoldaşım qışqırdı. Başına daş düşdü”.

Sağ əlin barmağının travmatik əzilməsi və başın təpə nəhiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan Rəqibə Musayevaya lazımi tibbi yardım göstərilib və o, ambulator müalicəyə buraxılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın