Şənbə , Fevral 24 2024
Ana səhifə / Araşdırma / Yevlaxda ticarət mərkəzi tikdirən Məzahir Səlimov məmur imiş – SƏNƏD

Yevlaxda ticarət mərkəzi tikdirən Məzahir Səlimov məmur imiş – SƏNƏD


Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları barədə çox yazılıb. Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksəriyyət məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir. Bir çox məmurların qanunları tapdalayaraq korrupsiyadan qazandıqları pullar hesabına öz adlarına obyekt biznes sahələri yaratmaları artıq adi hal alıb.

AzFakt.com-un əldə etdiyi məlumata görə  belə məmurlardan biri də 54 saylı Xocalı Yol İstismar İdarəsinin rəisi Məzahir Səlimovdu.

Aldığımız məlumata görə Məzahir Səlimov 54 saylı Xocalı Yol İstismar İdarəsinin hesabına əldə etdiyi pullarla xeyli sayda obyekt və mülklərə sahib olub. Belə mülklərdən biri də Yevlax şəhər Heydər Əliyev prospekti 52 ünvanında yerləşən 2 mərtəbəli ticarət mərkəzidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tikinti sahəsi 522 kvadrat olan 2 mərtəbli obyektin tikintisinə icazə 2021-ci ildə verilib. Ümumi sahəsi 857 kvadrat olan obyektin hazırkı bazar qiymətinin 300 min manatdan çoxdur.  

Qeyd edək ki, hazırda Məzahir Səlimovun rəhbərlik  etdiyi 54 saylı Xocalı Yol İstismar İdarəsi işğaldan azad edilmiş Qarabağ ərazilərində müxtəlif tenderlərin podrat  işlərini həyata keçirdiyi bildirilir.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Açıklama yok.

Həmçinin oxuyun

15 İL ƏVVƏLİN SİRLİ QƏTLİ – Rail Rzayevə qarşı Bakının mərkəzində terroru kim sifariş etdiyi hələ də məlum deyil…

əbəri ilə açdı. Səhər evindən çıxıb xidməti maşınında iş yerinə – Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə …