Çərşənbə axşamı , Sentyabr 28 2021
Ana səhifə / Araşdırma / Yevlaxda ağır qəza – Ana və qızı yaralandı

Yevlaxda ağır qəza – Ana və qızı yaralandı

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Azinforum.az Report – a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun Yevlaxşəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yevlax Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında “Opel” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “Opel”dəki sərnişinlər – Bakı şəhər sakinləri, 1967-ci il təvəllüdlü Zibeydə Ramazan qızı Ağayeva və onun qızı, 1994-cü il təvəllüdlü Lalə Həsən qızı Ağayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Bank oğruları yenə AKTİVLƏŞİB – Nura Suri və rəfiqələri necə TORA DÜŞÜB?

Bank kartlarının dələduzları son vaxtlar daha da aktivləşiblər. Vətəndaşların bank kartlarındakı pullarının oğurlanması ilə bağlı …

Bir cavab yazın