Ana səhifə / Araşdırma / Yerevanda hərbi müxalifət tərəfdarı 500 patronla yaxalandı

Yerevanda hərbi müxalifət tərəfdarı 500 patronla yaxalandı

Xəbər verdiyimiz kimi, bu günlərdə Yerevanda Ermənistan müxalifətinin liderlərindən olan hərbçi, birinci Qarabağ müharibəsində Şuşa batalyonunun komandiri olmuş Jirayr Sefilyan həbs olunub.

Hüquq-mühafizə orqanları Qarabağ müharibəsinin digər fəal iştirakçısı Pavel Manukyanın kiçik qardaşı Tatula Manukyanı da həbs edib. T.Manukyanın üzərinə baxış keçirilərkən ondan 500-dən çox patron aşkar edilərək götürülüb.

Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Vaan Martirosyan məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, dünən məhkəmənin qərarı ilə T.Manukyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq, Ermənistanın hüquq-mühafizə orqanları Jirayr Sefilyanı dövlət çevrilişi törətməkdə ittiham edib. Səkkiz nəfərə qarşı ittiham irəli sürülüb. Onlardan altısı həbs edilib, biri axtarışdadır.

Onu da qeyd edək ki, qısamüddətli aprel müharibəsi bitdikdən sonra Ermənistanın işğal ordusunun real ərazi itkiləri haqqında dəqiq məlumatları məhz Jirayr Sefilyan elan edib. Həmçinin, əvvəllər Ermənistanın nəzarətində olan 800 hektar ərazinin itirilməsi ilə bağlı məlumatları açıqlayıb.

Həmçinin oxuyun

Polşanın gizli qəhrəmanı, azərbaycanlı polkovnik: kod adı “Damazy” – ARAŞDIRMA

Gənc zabit Varşavanın Belvedere saray kitabxanasında kitablarla məşğulkən saatı unudur, qəfildən vacib bir görüşü olduğunu …

Bir cavab yazın