Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Yazıçı Fərman Kərimzadənin oğlu yenidən məhkəmə qarşısında

Yazıçı Fərman Kərimzadənin oğlu yenidən məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org satının xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid İlkin Mehdiyev deyib ki, Ə. Kərimzadə ilə lisenziya probleminin həlli məsələsinə görə görüşüb: “Məktəbəqədər uşaq bağçası açmışdıq və buna görə bizə lisenziya lazım idi. Yeganə xanım dedi ki, onun qardaşı bu işi həll edə bilər. Buna görə mən Əzizə 10 min dollar vermişəm”.

Təqsirləndirilən Ə. Kərimzadə isə şahiddən pul almadığını deyib, onun söylədiklərinin həqiqəti əks etdirmədiyini bildirib.

Məhkəmə prosesi noyabrın 14-də davam etdiriləcək.

İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Bakı şəhəri, 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci il noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

 

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın