Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “Yaxşı etmişəm öldürmüşəm” – Jurnalistin qətlində təqsirləndirilən şəxs

“Yaxşı etmişəm öldürmüşəm” – Jurnalistin qətlində təqsirləndirilən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesində qalmaqal baş verib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən proses başlamamış mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası Seyfura Əliyeva ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

Məhkəmə zalında təhqiramiz ifadələrin ardınca, əlbəyaxa dava düşüb. Qalmaqal zamanı təqsirləndirilən Elşən İsmayılov əsəblərini cilovlaya bilməyib və “Yaxşı etmişəm öldürmüşəm” deyə söyləyib.

Məhkəmə nəzarətçiləri prosesə müdaxilə etməyə məcbur olublar.

Məhkəmədə fasilə elan olunub.
trend.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın