Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan “ağ ölüm”lə bağlı qara xəbər…

Yaşamaq istəyirsinizsə broylerdən uzaq durun: Pediatrdan “ağ ölüm”lə bağlı qara xəbər…

Broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb.
Medicina.az xəbər verir ki, pediatr həkim Vaqif Qarayev də broyler toyuğu və ayrıca satılan toyuq qaraciyərinin təhlükəli olması barədə açıqlama verib.
“Toyuğu antibiotiklərdən təmizləmək üçün bu qaydalara əməl olunmalıdır:
1.Toyuğu qaynatdıqdan sonra bulyonu mütləq atılmalıdır.
2.Toyuğun qara ciyəri və böyrəkləri də atılmalıdır və qətiyyən alınmamalıdır. Çünki antibiotik və toksinlər toyuğun ən çox dərisi, qaraciyəri və böyrəklərində toplanır.
3.Toyuğu duz və limon şirəsi əlavə edilmiş suda 2 saat saxlayıb, sonra bişirmək lazımdır”.
Bu metodların az-çox zərərsizləşdirici tədbir kimi işə yarayacağını bildirilsə də, ümumiyyətlə, broyler toyuğu və içalatı almamağı məsləhət görür: ”O toyuqlardan istifadə etmədiyimə görə satışa icazə necə verilir, hansı standartlarda keçməsi barədə bilgim yoxdur. Bu yaxınlarda Rusiyada böyük bir partiya toyuq satışdan çıxarıldı”.
“Hazırda aqrar sektorda istifadə olunan gübrələrdə də antibiotik var. Ona görə də, bugünkü antibiotikərin artıq təsir etməməsi barədə də məlumatlar çoxalır və dünya səhiyyəsi supergüclü antibiotik axtarışındadır”, – deyə pediatr bildirib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …