Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Yasamalda qəbiristanlıqdan sinə daşı oğurlandı

Yasamalda qəbiristanlıqdan sinə daşı oğurlandı

Bakıda “Yasamal qəbirstanlığı” kimi tanınan ərazidən qranitdən olan sinə daşı oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında qeydə alınıb.

Hadisə barədə Yasamal Rayon Polis İdarəsinə (RPİ) müraciət edən 1993-cü il təvəllüdlü Namiq Əliyev məlumat verib. Hadisənin qeydə alındığı “Yasamal qəbirstanlığı” kimi tanınan əraziyə Yasamal RPİ-nin əməkdaşları baxış keçirib.

Müəyyən olunub ki, N.Əliyevin mərhum qohumunun qəbirinin qırmızı qranitdən olan sinə daşı oğurlanıb. Nəticədə meyitin üstü açıq qalıb.

Bununla bağlı Yasamal RPİ-də Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın