Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Araşdırma / YAP–ın rayon təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılır

YAP–ın rayon təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti araşdırılır

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatlarında yoxlamalar aparılır. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yoxlamaları partiyanın Təftiş Komissiyası həyata keçirir.
Məlumatda bildirilir ki, yoxlamalar ötən ildən başlayıb. Artıq Bakı rayonları üzrə təşkilatlarında yoxlamalar başa çatıb. Araşdırmalar əsasən təşiklatların maliyyə-təsərrüfat fəaliyyətini əhatə edir.
Hakim partiyanın Təftiş Komissiyasının üzvü, keçmiş icra başçısı və deputat Musa Musayevin dekabrın 29-da “Facebook”da etdiyi paylaşım da əldə etdiyimiz məlumatın səhihliyinə dəlalət edir.
Musa Musayev yazıb ki, dekabrın 29-da Təftiş Komissiyasının iclası keçiriləcək. İclasın gündəliyinə isə iki məsələ salınıb:ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
1.YAP-ın rayon təşkilatlarında 2022-ci ilin ikinci yarımilliyində maliyyə-təsərrüfat fəaliyyətinin kompleks təftişinin yekunları. 
2.Təftiş Komissiyasının  2023-cü ilin birinci yarımilliyinə dair iş planı .
Gündəliyə salınan birinci məsələdən görünür ki, rayonlarda YAP-ın təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin kompleks yoxlaması həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz kimi ilk olaraq Bakı rayonlarında yoxlamalar aparılıb.
İclasda da bu yoxlamanın yekunları müzakirə olunub. 2023-cü ildən isə digər rayonlarda və YAP-ın Naxçıvan Muxtar Respublikası üzrə təşkilatında yoxlamalara start veriləcək. 

Həmçinin oxuyun

Ziya Məmmədovun oğlunun daha bir şirkəti üzə çıxdı – FOTO

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daha bir şirkəti üzə çıxıb. Araşdırmaçı jurnalist …