Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Yanğın yenidən başladı – İcra başçıları hadisə yerində

Yanğın yenidən başladı – İcra başçıları hadisə yerində

Şamaxı rayonunun Şərədil kəndi ərazisindəki meşədə yenidən yanğın başlayıb.

“ Azinforum.az ” xəbər verir ki, Şərədil kənd sakinlərinin Trend-ə verdiyi məlumata görə, yanğın bu gün saat 17:00 radələrində başlayıb. Alov artıq meşə sahəsini bürüyüb. Əraziyə Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının yanğınsöndürən briqadaları, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları, Ağsu və İsmayıllı rayonunun mülki vətəndaşları cəlb edilib.

Məlumata görə, əraziyə yanğınsöndürən texnikalar daxil ola bilmədiyindən əhali və FHN əməkdaşları əllərində su daşımaqla və yanğınsöndürən balonlarından istifadə etməklə yanğının qarşısını almağa çalışırlar.

Hadisə yerinə Şamaxı və Ağsu rayonlarının icra başçıları da gəlib. Hazırda yanğının qarşısının alınması üçün tədbirlər görülür.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın