Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Araşdırma / Yanğın və partlayışda ölənlərin sayı artıb – FHN rəqəmləri açıqladı

Yanğın və partlayışda ölənlərin sayı artıb – FHN rəqəmləri açıqladı

Fövqəladə Hallar Nazirliyi 2017- ci ilin I rübündə baş vermiş yanğın hadisələrinə dair statistik məlumat dərc edib. 

“Qafqazinfo” xəbər verir ki, 2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204  çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü  ilə müqayisədə yanğından həlak olanlar  üzrə 7 nəfər və ya 41%,  xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353  nəfər təhlükəsiz ərazilərə təxliyyə olunub.

Bundan əlavə, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.

Həmçinin oxuyun

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

Bu gün Vətən Müharibəsinin başlanmasından 1 ay ötür. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun həyata keçirdiyi …

Bir cavab yazın