Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Yanan binayla bağlı hökm oxundu – 28 il 6 ay

Yanan binayla bağlı hökm oxundu – 28 il 6 ay

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə yanan binanı üzləyən şirkətin təsisçisi Miryusif Mahmudovun 8 il müddətinə azadlıqdan məhrum edilib.

Proses davam edir.

***

Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il həbs cəzası verilib.

***

“Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.

***

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.

Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan ev, M.Mahmudovun torpaq sahələri, mənzilləri və digər təqsirləndirilənlərin əmlakları müsadirə olunub.

İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyən olunmayıb.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın