Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Araşdırma / Yanan binaya görə axtarışda olan iş adamı həbs edilib

Yanan binaya görə axtarışda olan iş adamı həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, sözügedən hadisə ilə daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.

F.Sadıqov məhkəmədə ifadəsi zamanı bildirib ki, işləri icra edən “TNH” şirkətinin rəhbəri o yox, Məmməd Vəliyev olub. Həmin vaxt M.Vəliyev ölkədən qaçdığı üçün istointaqa cəlb edilə bilməyib və axtarış verilmişdi. O, 2 ay öncə ökəyə qayıdıb və həbs edilib. Digər təqsirləndirilən N.Nuxtarov isə təcridxanada vəfat edib.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın