Cümə axşamı , May 23 2019
Ana səhifə / Araşdırma / Yanan binada təxribat var?

Yanan binada təxribat var?

“Azadlıq” metrosunun yanındakı 16 mərtəbəli binanın yanmasının səbəblərini müvafiq qurumlar yəqin ki, ətraflı və operativ araşdıracaq”.

Azinforum.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, burada təxribat ehtimalını da istisna etməyib:

“Allah etsin ki, ölüm, xəsarət olmasın. İnsanlara yazıq oldu, bir neçə acgözün pul qazanması səbəbinə ikinci binadır ki, sakinlərinin həyatı alt-üst olur. Yəqin ki, burada təxribat ehtimalından da danışılacaq. Ən maraqlısı da budur ki, təxribatçının kim olduğu yenə də diqqətdən kənarda qalacaq. Ancaq bunu tapmaq üçün bir məktəbli uşağın da ağlı kifayət edər. Konkret sual qoyursan və cavab verirsən: Bu və ya başqa binaların üzünə oda davamlı olmayan bu materialların vurulmasına kim göstəriş verib? Əlbəttə, əclaf ermənilər!”.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın