Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Xüsusi xidmət orqanlarına qadınlara və uşaqlara qarşı atəş açmağa icazə verildi

Xüsusi xidmət orqanlarına qadınlara və uşaqlara qarşı atəş açmağa icazə verildi

Rusiya dövlət Duması Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətlərini müəyyən edən yeni qanun layihəsi qəbul edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bundan sonra kütləvi iğtişaşlar zamnı xüsui xidmət orqanlarıəna mənzillərə daxil olmaq və teror aktlarının qarşısını almaq üçün qadınlara və uşaqlara atəş açmağa icazə veriləcək.

Rusiya KİV-nin məlumatıəna görə qanun layihəsi gündəlikdə olmasa da, iclas başladıqdan dərhal sonra parlamentin təhlükəsizlik məsələləri üzrə komitə rəhbərinin müavini Ernst Valeyev deputatlardan qanunu təcili qəbul etməyi xahiş edib.  Yeni qanun Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətlərini genişləndirməyə yönəlib. Bundan sonra, təhlükəsizli xidməti əmkədaşı yaşayış və torpaq sahələrinə daxil olmaq, ictimai asayişi bərpa etmək üçün insanların toplaşdığı məkanlara və terrorda şübhəli bilinən qadın və azyaşlı uşaqları güllələməyə icazə verir.
Paralel olaraq, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, onların ailə üzvlərinə xarici banklarda hesab açmaq, xarici ölkə vətəndaşları və təşkilatlarla əməkdaşlıq etmək qadağan olunur.
Artıq ölkədəki yerli hüquq müdafiəçiləri və Kommunist fraksiyasının deputatları qanuna etirazlarını bildirirlər.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın